Əfqanıstanda partlayış baş verib, ölənlər arasında Rusiya səfirliyinin iki əməkdaşı da var

0
139

Əfqanıstanın paytaxtı Kabildə, Rusiya səfirliyinin yaxınlığında törədilən partlayış nəticəsində 15-20 nəfərin öldüyü bildirilib.

Bu barədə yerli KİV məlumat yayıb.

Törədilən partlayış nəticəsində Rusiya səfirliyinin iki əməkdaşı da ölüb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

terefsiz.az