Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən beş raket atılıb.
“Terefsiz.az” xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik tələfat, xəsarət alan və dağıntıların olmadığını bildirib.
“Termizin Majnuntol məhəlləsində 4 fərdi yaşayış evinə cüzi ziyan dəyib, beşinci mərmi futbol meydançasında tapılıb. Aşkar edilmiş mərmilər istehkamçılar tərəfindən zərərsizləşdirilib”, – məlumatda deyilir.
Hazırda Özbəkistanın səlahiyyətli orqanları Əfqanıstan tərəfi ilə birlikdə insidentin səbəblərini müəyyən etmək üçün lazımi tədbirləri həyata keçirir.
terefsiz.az