Əfqanıstanda partlayış olub

0
321

Əfqanıstanda həbsxana yaxınlığında partlayış törədilib.

Terefsiz.az xəbər verir ki, hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində qeydə alınıb. Terrorçu kamikadze Cəlalabadın dördüncü rayonundakı həbsxana yaxınlığında partlayıcı maddə ilə dolu olan avtomobili partladıb. Partlayış zamanı 50-dən çox məhbus həbsxanadan qaçıb. Məhbusların bəziləri saxlanılıb. Eyni zamanda azı 2 nəfər ölüb, 24 nəfər yaralanıb. Ölkənin Ədliyyə Nazirliyi partlayışı təsdiqləyib. “Taliban” qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.