11 yaşlı yeniyetməni avtomobil vurdu

0
1403

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Terefsiz.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində 11 yaşlı Fuad Əliyev yoldan keçərkən avtomobil onu vurub. Yaralı sürücünü köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib.