Samur-Abşeron kanalından meyit çıxarılıb

0
459

Samur-Abşeron kanalının Bakı şəhəri, Sabunçu rayonu ərazisindən keçən hissəsindən 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə  müraciət daxil olub.

FHN-dən Terefsiz.az – a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti aidiyyəti üzrə təhvil veriblər.