Baş nazir Beyrutdakı partlayışdan danışıb

0
276

Livanın baş naziri Həsən Diab Beyrutdakı partlayışın başvermə şəraitinin öyrənilməsi üçün komissiya yaratmağa tələb edib.

Terefsiz.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı bildirib.

“Biz Beyrutdakı partlayışın araşdırılması üçün komissiya yaratmağa çağırırıq ki, yoxlamanın nəticələri 48 saat ərzində ictimaiyyətə açıqlansın”, – deyə Baş nazir bildirib.

O, qeyd edib ki, baş verən hadisəyə görə cavabdehlik daşıyan şəxsin tapılıb məsuliyyətə cəlb edilməsinədək sakitləşməyəcək: “Çünki 2 750 ton ağırlığında ammonium turşusunun bir hissəsinin 6 il təhlükəsizlik tədbirləri olmadan bir anbarda saxlanılması yolverilməzdir”.