Azərbaycan fotojurnalistika sənətində dəsti xətti olan Fərid Xayrulin dünyasını dəyişib.
Terefsiz.az xəbər verir ki, F.Xayrulin bu gün vəfat edib.
Qeyd edək ki, tatar əsilli Fərid Xayrulin 1956-cı ildə Bakı şəhərində anadan olub.
Fərid Xayrulin erməni millətçilərinin Dağlıq Qarabağda törətdikləri terror aktları barədə məlumat təqdim edən ilk fotomüxbirdir: Ağa körpüsünün, Şuşa yolunda avtobusun partladılması və başqa faciəvi hadisələr, eləcə də 1990-cı il 20 yanvar faciəsini xarici agentliklərə – AP, France-Presse, Gamma, Sipa, Reuters-ə çatdırıb.
2010-cu ildə prezidentin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar Mədəniyyət İşçisi” adı verilib.
Allah rəhmət eləsin!