Türkiyənin “Qalatasaray”ı yeni nailiyyətə imza atdı

0
163

“Qalatasaray” klubu avrokuboklarda 100 qələbə həddinə çatan ilk Türkiyə komandası olub. 

Terefsiz.az xəbər verir ki, “sarı-qırmızılar” buna Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”ni Bakıda 3:1 hesabı ilə yenərək, nail olublar. “Cimb-Bom” həm də səfərdə 20 oyunluq qələbə həsrətinə son qoyub.

Ümumiyyətlə, “Qalatasaray” avrokuboklarda 286 matça çıxıb. “Sarı-qırmızılar”ın 100 qələbədən əlavə, 111 məğlubiyyəti və 75 heç-heçəsi var. İstanbul komandası 380 qol vurub, 429 top buraxıb.

Bütün bunlarla yanaşı, “Qalatasaray”ın aktivində 2000-ci ildə Fatih Terimin rəhbərliyi altında qazandığı UEFA Kuboku və Mirça Luçesku ilə əldə etdiyi Superkubok da var.