AzTV-nin əməkdaşı koronavirusdan dünyasını dəyişib

0
228

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin operatoru, 74 yaşlı  Abasağa İmanov  koronavirusdan dünyasını dəyişib.

Bunu Terefsiz.az – a açıqlamasında AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.

O bildirib ki, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır işə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib.

“6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib. AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk”