Beyrut fəlakət zonası elan edildi

0
1129

Livanın Ali Müdafiə Şurası respublikanın paytaxtı Beyrutdakı partlayışla bağlı fövqəladə iclasın yekunlarına əsasən şəhəri fəlakət zonası elan edib.

Terefsiz.az xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Onun məlumatına görə, Şura Baş Nazir Həsən Diyabın hökumətinə paytaxtda fövqəladə vəziyyət elan edilməsini tövsiyə edib.