Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında dəyişiklik edib.
Terefsiz.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərəcək. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əmrlərini, kollegiya qərarlarını Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını rəhbər tutacaq.
Qoruq “Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə” “Dövlət Turizm Agentliyinə” təqdim edəcək.
Azərbaycan Prezidentinin 2018-ci il 20 dekabr tarixli 417 nömrəli Fərmanı ilə Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması məqsədilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi” yaradılıb.
Qərarla həmçinin Mərkəzin Nizamnaməsi təsdiq edildiyindən Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarını idarəetmə səlahiyyəti həmin Mərkəzə verilib. Buna uyğun olaraq “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya Qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət Qoruğunun, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq Qoruğunun və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət Qoruğunun əsasnamələrində müvafiq dəyişikliklər olunub.
Mərkəz bu qərarların qəbul olunması ilə bağlı qoruqların idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlanması, qoruqların tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Qoruqları İdarəetmə Mərkəzinə təqdim etməsi, təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etməsi; qoruqların inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər ilə Qoruqları maliyyələşdirir və toplanılan gəlirdən Qoruqların inkişaf etdirilməsi məqsədilə Qoruqların ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə etməsi səlahiyyətlərini əldə edib.