Almaniyada saatda 120 kilometr sürətlə 100 kilometr məsafəyə qədər uçan, dörd nəfərədək sərnişin daşıya bilən taksi sınaqdan keçirilib.
Terefsiz.az xəbər verir ki, uçan taksilər “CityAirbus” adlanır, onlar məsafədən idarə edilir və elektrik enerjisi ilə işləyirlər.
Yeni ixtiranın yaradıcıları ümid edirlər ki, uçan taksilər yaxın gələcəkdə şəhərlərdə tıxacları keçməyə imkan verərək insanları daşıyacaq.
Hər nəqliyyat vasitəsi dörd pərlə təchiz edilib. Hərəkət üçün sürücü tələb olunmur. Bu, sosial məsafə şəraitində yerüstü taksi qarşısında əhəmiyyətli üstünlükdür. Bütün bunlar bir yana, uçan taksilər praktik olaraq səssizdir.
Yeni ixtiranın ilk sınaq uçuşu 2019-cu ilin dekabrında keçirilib və müvəffəqiyyətlə başa çatıb. Lakin uçan taksilərin nə vaxt istismara veriləcəyi ilə bağlı hələ dəqiq vaxt yoxdur.