Mədəniyyət işçilərinin videokonfransı olub

0
188

 

Terefsiz.az xəbər verir ki, konfransda Qarabağ qaziləri və Aprel döyüşlərinin qəhrəman zabitləri Əhliyət Mehdiyev, Hikmət Məmmədov, həmçinin 90-cı illərdə Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində və Goranboy rayonu ətrafında gedən döyüşlərin iştirakçısı, hüquqşünas, “Uspex” şirkətinin təsisçisi Soslanbek Piliyev (Moskva, Rusiya) iştirak edərək öz təəssüratlarını bölüşüb və mövzuya dair maraqlı fikirlər səsləndiriblər.

Eyni zamanda, tədbirdə iştirak etmiş 100 nəfər mədəniyyət işçisi maraqlı diskussiyalara qoşularaq gördükləri işlər və əhali arasında vətənpərvərlik ruhunun dəstəklənməsi məsələsində mədəniyyətin rolundan söhbət açıblar.

Mərkəzin elmi katibi Cavid Əliyev əsgərlərimizin şücaətindən, igidliyindən danışaraq, hərbçilərin qəhrəmanlıq və Vətənə sədaqətlilik nümunələri haqqında misalları iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda mərkəzin direktoru Asif Usubəliyev 12 iyul tarixində Tovuz rayonunda erməni hərbi təxribatları nəticəsində baş vermiş hərbi insident və daha sonra iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində xalq, ordu və dövlət vəhdətinin təcəssümü sayıla biləcək möhtəşəm hadisədən, habelə insanların kütləvi şəkildə yığışmasından, öz şəxsi ambisiyaları naminə fürsətçiliklə məşğul olan bir qrup müxalifətçidən bəhs edib. “Mövcud obyektiv durumda bir vətəndaş olaraq ən üzücü mənzərələrdən biri, məhz bəzi qüvvələrin yaranmış vəziyyətdən “ucuz” faydalanma cəhdlərini müşahidə etməkdən ibarətdir”, – deyən A.Usubəliyev mədəniyyət işçilərini hadisələrə düzgün qiymət verməyə çağırıb və mövcud vəziyyətdə ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışına cavab olaraq dövlətin yanında olmağın vacibliyini vurğulayıb. Belə ki, hətta pandemiya dövründə qlobal humanitar təşəbbüslərlə çıxış edən Azərbaycan Respublikası Prezidenti və onun ümumbəşəri bəla ilə mübarizədə dünya qüvvələrinin səfərbər olunmasına dair çağırışlar siyasəti ölkəmizin beynəlxalq münasibətlər sisteminin tammənalı subyekti statusunun təsdiqinə xidmət edir.