Mədəniyyət Nazirliyində növbəti kadr islahatları

0
957

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hümbətov İntiqam Rəsul oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

Terefsiz.az xəbər verir ki, Anar Kərimovun imzaladığı digər əmrə əsasən Əliyev Elnur Əli oğlu mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Məlumat üçün bildiririk ki, Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini almışdır.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışmışdır. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.