Prezidentdən “TikTok” rəhbərliyinə ultimatum

0
359

ABŞ prezidenti Donald Trump sentyabrın 15-ə qədər “TikTok” proqramını satmağı tələb edib.

Terefsiz.az xəbər verir ki, bu barədə ABŞ prezidentinə yaxın jurnalistlər bildirib.

Trump qeyd edib ki, əgər onu “Microsoft” və ya başqa şirkət almasa, “TikTok” 15 sentyabrda biznes sferasından çıxacaq.

Bundan başqa, Ağ Ev rəhbəri satışdan əldə ediləcək vəsaitlərin ABŞ-ın Maliyyə Nazirliyinə köçürülməsində təkid edib.

Daha əvvəl bildirilib ki, dövlət başçısı fövqəladə iqtisadi səlahiyyətlərdən istifadə edə və ya tətbiqin ABŞ-da rəsmi qadağası üçün fərman imzalaya bilər.